Azərkeşlərin kubok sevinci…(Video)

1378659_525323154220074_1959422656_n      Superkuboka sahib olan “Xəzər- Lənkəran” artıq doğma şəhəri Lənkərandadır.Azarkeşləri sevimli komandasını alqışlarla qarşılayıb, kubok sevincini qeyd ediblər. “İnterAz” televiziyası komandanın qaşılanması ilə bağlı geniş süjet təqdim edib.

 

 

 

 

 

 

http://www.youtube.com/watch?feature=player_embedded&v=lUr1peuq960

 

 

Mənbə:Sportarena.az

6 thoughts on “Azərkeşlərin kubok sevinci…(Video)

  • 26 Oktyabr 2013 at 13:49
    Permalink

    He kesi tebrik edirem. amma men Lenkaranda kubokun qarshilanmasin daha coshqulu gozleyirdim.

    Reply
  • 26 Oktyabr 2013 at 06:08
    Permalink

    Adrian Pit Xezer Lenkarana qaydib!

    “Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Adrian Pitin apasport.az saytına müsahibəsi

    – “Xəzər Lənkəran”a yenidən qayıtmışsınız. Təbrik edirəm.
    – Sağ olun. Ancaq mən əsas komandaya qayıtmamışam. Mən hələ ki bura əvəzedici komandada məşq etməyə gəlmişəm.

    – Sizin əvəzedici komandaya qayıtdığınızı bilirik. Elə onu soruşmaq istəyirdik ki, necə oldu ki, “Xəzər Lənkəran”a qayıtmaq fikrinə düşdünüz? Klubun vitse-prezidenti ilə görüşünüz deyəsən baş tutub…
    – Mən sadəcə “Xəzər Lənkəran”ın 2-ci komandasında məşq edirəm. Burda isə klub rəhbərliyindən heç kimlə görüşməmişəm. Nə də ki rəhbərlikdən heç kim mənimlə əlaqə saxlamayıb.

    – Bəs Lənkərana qayıdıb məşq etməyinizi kim istəyib?
    – Klubun Bakı ofisindən mənə zəng olunub. Ancaq mənə zəng edən şəxs nə Tuyqun Nadirov, nə də komandanın rəisi Səməd Mustafayev idi. Mənə Elvin İsmixanov (Lisenziya üzrə menecer – S.T.) zəng edib deyib ki, kluba qayıdım. O, Nadirov, Mustafayev və Ramil Cahangirovla (Beynəlxalq əlaqələr üzrə menecer – S.T.) klubun ofisində bir yerdə işləyir.

    – Bura qayıtdıqdan sonra da klub rəhbərliyindən heç kimlə görüşməmişsiniz?
    – Hələ yox. Rəhbərlikdən heç kim Lənkəranda deyil. Onların Lənkərana bu gün və ya sabah gələcəyini də bilmirəm.

    – Bugünkü məşq “Xəzər Lənkəran”ın əvəzedicilərində ilk hazırlığınız idi?
    – Bəli, əvəzedici komandada ilk məşqimi bu gün keçdim. Hazırda isə Lənkəranda qaldığım oteldə istirahət edirəm. Hələ ki əsas komandada məşq etməmişəm.

    – Hiss olunur ki, əvəzedici komandada olmağınızdan narazısınız. Ancaq fikrimcə, klubsuz qalmaqdansa, ikinci komandada oynamaq daha yaxşıdır…
    – Bunu elə də pis qarşılamıram. Futbolçu həyatı üçün bu, çox normal haldır. Mən peşəkar futbolçuyam. Oyunçu üçün əsas vaxtı-vaxtında məşqini etmək və futbolunu oynamaqdır…

    – “Xəzər Lənkəran”la müqavilənizin müddəti nə vaxt başa çatır?
    – 2014-cü ilin iyunun 30-da. Yəni növbəti ilə kimi bu kluba hələ məxsusam.

    – Sizin başqa bir kluba icarəyə verilmək variantınız var?
    – Bunu bilmirəm. Məncə, bu sual mənə verilməməlidir. Bunu klub rəhbərliyindən soruşsanız, daha yaxşı olar.

    – “Xəzər Lənkəran”ın əvəzedici komandası sabah “Qarabağ”la oynayacaq. Sizin meydana çıxmaq ehtimalınız var?
    – Bunu da rəhbərlikdən soruşmaq lazımdır. Mən də bunu bilmək üçün Elvinə SMS yazdım, ancaq ondan cavab gəlmədi. Əgər oynamağım lazım gəlsə, meydana çıxa bilərəm.

    – Əsas komandanın bəzi üzvləri – Edu Oriol və Radomir Todorov kimi oyunçular da əvəzedicilərdə çıxış edir. Bunu bilirdiniz?
    – Bilirəm. Ancaq onlar məşqlərini əvəzedici komandada keçirmir. Həmin oyunçular əsas komandanın hazırlıqlarında iştirak edir.

    – Ancaq həmin oyunçular, eləcə də Tunkara Sadio, Uğur Pamuk və Ağabala Ramazanov bəzən əvəzedici komandada oynayır…
    – Bəzən. Bu keçmişdə olub. Mən onların heç birini bu gün əvəzedici komandanın məşqi zamanı görmədim.

    Reply
  • 25 Oktyabr 2013 at 22:20
    Permalink

    Superkubokun qazanılması komandamız üçün bir məqsəd idi. Çqnki oyuna bir-neçə gün qalmışdan komandanın əksər üzvləri müsahibələrində yalnız qələbə haqda danışırdı. Superkuboku Lənkərana gətirəcəklərini dönə-dönə vurğulayırdılar. Sonda On nəfərlə bu qələbəni əldə etmək, həqiqətən böyük hünərin sayəsində qazanıldı. Söz verib, verdiyi sözə əməl edən oğullara halal olsun!

    Reply
  • 25 Oktyabr 2013 at 21:55
    Permalink

    mətbuatdan xəbərsiz olan azərkeşlər kamandanın nə vax gəldiyindən də xəbərsiz idilər və elə bu səbəbdən də qarşılaşma mərasimində azərkeş sayının az olmasına gətirib çıxartdı.Bir çox azərkeşlər komanda Lənkarana gəlib çıxdıqdan sonra xəbər tutdular.Elə mən də.

    Reply
  • 25 Oktyabr 2013 at 20:06
    Permalink

    Bu kubokun nece cetinlikle Lenkerana getirmeyini duşunende futbolcularimizin nece qehreman kimi ezmkarliqini ifade etmeye soz tapa bilmirem.T E B R İ K L E R! ! !

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir