Azərbaycan futbolunda sağlam rəqabət yoxdur…

Hücumçu Parks “oyun qurucusu” qismində

Rumıniya mətbuatında Mirça Redniklə və komandası ilə bağlı müxtəlif yazılar yer alır. Belə yazıların birində “Xəzər Lənkəran”ın yeni futbolçularının arasında Rumınların azlığına işarə edən müəllif, Rednikin tanıdığı təcrübəli futbolçuları ətrafına yığdığını qeyd edir.

“Rednik tanıdığı futbolçuları yanına aparır. Onların əksəriyyəti Rumın deyil, Rumıniyada top qovan legionerlərdir. Beləcə avroliqada komandaya xeyir verə biləcək təcrübəli futbolçuların komandada bolluğuna çalışan Rednik, əsasən 30-yaşlı futbolçuları alır. Mirça Rednik komandasının heyətində bir neçə gənc futbolçunun olduğundan yararlanaraq, “Makkab”inin qarşısına təcrübəlilərdən və gənclərdən ibarət komplektləşdirilmiş kollektivlə  çıxmaq istəyir. Bu mənada onun uğurlu təcürbəsinin olduğunu qeyd etmək lazımdır.- yazıda belə deyilir.

Digər yazıda Uinston Parksın “Xəzər Lənkəran”dan getməsinə toxunulur. “Bu nə transferdir, nə də icarə” başlığı ilə təqdim olunmuş yazıda Parksın gedişində müəyyən qaranlıq məqamların olduğu qeyd edilir. Kosta-Rikalıya yeni klub seçimində bəraət qazandıran Rumın jurnalist, bunu belə əsaslandırır:

“Azərbaycan futbolunda sağlam rəqabət olmadığından klublar meydandan kənar oyunlara daha çox üstünlük verirlər. Rəqib klubun aparıcı futbolçusunu almaq  rəqibə ən böyük zərbə sayıla bilər. Parks da belə oyunların birində özünün qazanacağını düşünərək paytaxt klubuna getdi. O burada yaxşı təminatını təmin edəcəyinə inanır. Lazım gələrsə növbəti mövsümdə klubunu yenidən dəyişər.“

 

One thought on “Azərbaycan futbolunda sağlam rəqabət yoxdur…

  • 19 İyun 2012 at 22:46
    Permalink

    Admin saytın reklam dizaynın dəyişilir . baş hissədə ortada boşluq var .
    ***
    Sağ və sol tərəflərdə Nissanın yeni markalarının reklam çarxları yerləşdirilib ortada isə ünvan və əlaqə telefonu. Bunu ona görə etdik ki, ən çətin günlərdə Nissan bizim hər bir xahişimizi yerinə yetirdi. Üstəlik sentyabrın 29-da 12cioyuncu.info saytının bütün reklam öhdəçilikləri bitir. Son aylarda tərəfdaşlarımıza önəm verməyi düşündük.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir