Acı məğlubiyyət və …

nidaNəhayət çox gözlənilən “Qəbələ” – “Xəzər Lənkəran” qarşılaşması baş tutdu. Premyer Liqanın XXI turu çərçivəsində keçirilən bu oyun gözlənildiyi kimi gərgin və maraqlı alındı. Meydan sahibləri yerli azarkeşlərin dəstəyi ilə elə ilk dəqiqədəcə irəli atılaraq hesabı açdılar 1:0. “Xəzər Lənkəran”ın müdafiə xətti və qapıçısı biabırçı  səhvə yol verərək qapısından qol buraxdı. Qoldan sonrakı 20-dəqiqə ərzində “Qəbələ” meydanın tək hakimi olsa da “Xəzər Lənkəran” oyunu bərabərləşdirərək hücumlarını kəskinləşdirdi. İlk hissədə ardıcılı bir neçə dəfə qol imkanı qazanan futbolçularımız topu qapıdan keçirə bilmirdilər. Beləcə “Xəzər Lənkəran” fasiləyə məğlub durumda yollandı.

İkinci hissədə Karles Bakes dəyişikliyə əl ataraq Gökan Güləçi argentinalı hücumçu Luçano Esteban Olginla əvəzlədi. Ardından komandamız hücumlar təşkil edərək hesabı bərabərləşdirməyə çox çalışırdısa da son nöqtəni qoymaq mümkün olmurdu. Demək olar ki, bütün hava toplarını “Qəbələ”nin qapıçısı rahatlıqla ələ keçiridi. “Xəzər Lənkəran” hücumlarıın sayını artırdıqca meydan sahiblərinin müdafiə xətti də səhvlər buraxmağa başlayırdı. Belə epizodların birində “Qəbələ”nin müdafiəçisi cərimə meydançasının daxilində qapıçı ilə üzbəüz qalan Dimitrios Sialması tutaraq yerə yıxdı. Lakin baş hakim Fariz Yusifov davam işarəsi verdi. Televiziya yayımında epizodun təkrarında aşkar göründü ki, baş hakim həmin vəziyyətdə penalti təyin etməli idi.

Sonrakı dəqiqələrdə də “Xəzər Lənkəran”ın ardıcıl və kəskin hücumlarının qola çevrilməsinə mane olan “Qəbələ”nin qapıçısı idi fikrini də demək olar. Məhz  Dieqo Silvanın möhtəşəm oyunu sayəsində meydan sahibləri hesabdakı üstünlüyünü qoruya bilirdi. “Qəbələ”nin ara-sıra hücumları isə heç də təhlükəli alınmırdı. Amma bir neçə hücum cəhdi ilə “Qəbələ” oyunu yenidən bərabərləşdirə bildi.

Oyunun sonlarına yaxın Bakes daha bir əvəzetməyə əl atdı. Elnur Abdullayevi Uğur Pamukla dəyişdi. Ardından Karles Bakes riskə gedərək müdafiəçi Silvanın yerinə Ağabala Ramazanovu meydana buraxdı.  “Xəzər Lənkəran” real qol şanslarını boşa verdikcə “Qəbələ” komandası oyun boyu əlinə düşən ikinci real qol vəziyyətindən yararlandı 2:0. Adi bir vəziyyətdə vurulan ikinci qol “Xəzər Lənkəran”ın ilk altılığa gedən yolunu bəlkə də tamamilə bağlamış oldu. Hesab dəyişəndən bir neçə dəqiqə sonra Vanderson Skardueli də qırmızı vərəqə ilə “mükafat”landırıldı. Bundan sonrakı dəqiqələrdə isə “Xəzər Lənkəran”ın futbolçuları ümumiyyətlə özlərini itirərək oyunun son dəqiqələrinə qədər meydanda nə etdiklərinin və nə edəcəklərini belə bilmirdilər. Oyun bu hesabla da bitdi. Beləliklə “Qəbələ” komandası “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə məğlub edərək ilk altılığa gedən yolumuza demək olar ki, sədd çəkdi.

80 thoughts on “Acı məğlubiyyət və …

  • 25 Fevral 2013 at 00:37
    Permalink

    Bu mövzunu və şərhləri indicə oxudum ,daha sözüm yoxdu .Lap dava meydaına çevrilib sayt .Admin sizin şərh bölmunu bağlamaq istəməniz fikrinə tərafdaram ,Məncə düzgün fikrdir .Hamıdan çox ziyanı siz çəkirsiniz .Amma sizə qarşı aqresiyalara bir baxın .
    ***
    Artıq iki gündür ki, şərhlərdə olan mənfi enerjinin sayəsində baş ağrı tutur məni.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir