11 ay əvvəl
Bu sondur yoxsa?
12 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Hörmətli istifadəçilər, ilk öncə sizi saytımızda salamlayırıq.

Saytın qaydalarını tam oxumanızı sizdən xahiş edirik:

Saytdan istifadə edən insanların müxtəlif milli,dini, irqi və etnik, həmçinin cəmiyyətin hansı təbəqəsini təmsil etməsindən və cinsi mənsubiyyətindən asılı olmayaraq hamısı üçün istifadə hüquqları eynidir.

Saytda olduğunuz dövrdə istifadəçilərə hörmətlə yanaşmanızı xahiş edirik.

İstifadəçiləri təhqir etmək olmaz !

Şikayətlərinizi Admin və ya İdarə heyyətinə (Şəxsi məktublar) vasitəsi ilə bildirə bilərsiniz.

İstifadəçilərin təhqir olunması rəhbərlik tərəfindən ən ciddi şəkildə pislənir; bunu edən şəxslər cəzalandırılacaqlar!

Saytda ciddi qadağan olunur:

-Məqalələrdə və müzakirələrdə tətbiq olunan mövzudan kənar rəy və məlumatlar.
-Saytın istifadəçilərini təhqir etmək və hədələmək.
-Rəy və şərhlərdə insani davranışa sığmayan, qeyri əxlaqi leksikadan istifadə.
-Milli və dini münaqişələri qızışdırmaq, həmçinin irqi və etnik ayrıseçkilik.
– Dövlətçilik əleyhinə və  qanunlara zidd çağırışlar,                                                                   

-SPAM şərhlər.

***

SAYTIN REKLAM ƏMƏKDAŞLIĞI BARƏDƏ:

 Saytımızda reklam yerləşdirilməsi üçün sayt rəhbərliyinə saytın elektron ünvanı vasitəsi ilə təklif göndərilməlidir. (12-ci-oyuncumfk@mail.ru)

12cioyuncu.info saytında bütün reklam bannerlərinin yerlədirilməsi, silinməsi və ümumi nəzarətin həyata keçirilməsi sayt rəhbərliyi tərəfindən aşağıdakı qaydalara uyğun olaraq tənzimlənir.

Saytın yaradılması zamanı fəal azarkeşlərin tərəfindən 2009-ci il fevralın 22-də müəyyən olunmuş reklam qaydaları:

1. Dini, milli, irqi və etnik ayrıseçkilik zəminində fəaliyyət göstərən, müsəlmançılığa qarşı yönələn, eləcə də Azərbaycan dövlətinədövlətçiliyinə qarşı yönələn hər hansı şirkət, idarə, təşkilat, internet saytı və s. vasitələrin saytımızda reklamı qadağandır.

2. Spirtli içkilərin istehsalı və satışı ilə bağlı hər hansı reklam, həmçinin spirtli içkilərlə  bağlılığı olan qurğular və  avadanlıqların saytımızda reklamı qadağandır.

3. Tütün məhsullarının bütün növlərinin, həmçinin insan sağlamlığına ziyan vura biləcək hər hansı digər vasitələrin saytımızda reklamı qabağandır.

4. Saytımızda Bukmekr konturları və ya müxtəlif mərc oyunları ilə bağlılığı olan reklamların yerləşdirilməsi qadağandır.

5. “Xəzər Lənkəran” klubundan savayı ölkənin hər hansı digər futbol klubunun reklam bannerinin saytımızda yerləşdirilməsi qadağandır.

6. Ümumilikdə “Xəzər Lənkəran” azarkeşlərinin, eləcə də konkret olaraq “12-ci oyunçu” azarkeş qrupu təşkilat komitəsinin mənafeyinə uyğun gəlməyən hər hansı idarə, müəssisə, şirkət və təşkilatın reklamının saytımızda reklamı qadağandır. 

7. Sayt rəhbərliyi yuxarıda göstərilən qadağaları ləğv edə bilməz, sayını azalda bilməz, lakin artıra bilər.

***

Cəmiyyətimizdə bir-birimizə hörmət etməyə çalışaq, hər kəsin fikir və düşüncəsinə səbirlə yanaşaq.

Sayt rəhbərliyinin qaydalara uyğun olaraq şərh və şərh hissəsini silməyə hüququ vardır.
Eyni zamanda saytımızda bəzi istifadəçilərə müəyən səlahiyyətlər veriləcəkdir. Nümunəvi davranışı ilə və maraqlı yazıları ilə seçilən istifadəçilər saytımızın moderatorları olacaqlar. Siz də bu imkanlardan yararlana bilərsiniz. Amma istənilən halda hər bir istifadəçi ümumi qaydalara diqqətlə riayət etməlidir. Qaydaları pozduğunuz zaman sizə xəbərdarlıq ediləcək. Bəzi hallarda sizin kənarlaşdırılmağınız xəbərdarlıqsız ediləcəkdir. Bərpa olunmaq üçün Adminstratora məktub yazmalısınız. Adminstrator və İdarə heyyətinə hörmətsizlik qınanılıb, saytın istifadəsindən uzaqlaşdırılmaqla cəzalandırılacaqdır.

Başqalarının əməyinə hörmətlə yanaşın!

Düşünürük ki, bizim mehriban və səmimi istifadəçimiz olub, saytımızın daha sevimli və baxımlı olmasında öz gözəl əxlaqınızla iştirak edəcəksiniz!

Bir şərh

  1. Bize bele,furset yaradib oz fikirlerimizi bildirmek ucun imkan yaratdiginiza gore size tewekkur etmekden bawqa bir sozum yoxdur!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 − bir =