52-yaşın mübarək Mirça Rednik !

rednik“Xəzər Lənkəran” azarkeşlərinin sevimli keçmiş baş məşqçisi Mirça Rednik ad günündə özünə qəribə bir formada hədiyyə etməklə yadda qalıb. O çalışdığı klub ilə yollarını ayırıb. Qeyd edək ki, aprel ayının 9-da Rumın çalışdırıcı 52-ci doğum gününü qeyd edir.

Mirça Rednik Belçikanın “Jupiler league” adlanan güclülər dəstəsində çıxış edən “Gent” klubunu ötən ilin oktyabrın 1-dən etibarən çalışdırırdı. Qəbul etdiyi komandanın heyəti çox bərbad vəziyyətdə olduğundan Rednik ilk növbədə qış fasiləsinə qədər klubun autsayderlər sırasına düşməməsi üçün çalışmalı idi və o bu vəzifənin öhdəsindən gələ bilmişdi. Lakin qış tranfseri pəncərəsində klub tərəfi lazımi futbolçuların alınmasında müəyyən tərəddüdlər nümayiş etdirdi. Nəticədə təcrübəli mütəxəssis istədiyi transferləri həyata keçirə bilmədi ki, bu da sonda öz sözünü dedi. Komanda hər dəfə liderlər qrpuna yaxınlaşsa da orada mövqelərini möhkəmlədə bilmirdi. Yanvar ayından bəri gedən mücadilə isə sırf Rednikin istedadı və bacarığı ilə səciyyələnirdi. Belə ki, o növbəti turlarda qarşılaşacağı komandaların hər birinə qarşı xüsusi heyət qurur və yeni taktika seçməyə məcbur olurdu. Məhz bu yolla o komandanı yenə də autsayderlər sırasına düşməyə qoymadı. Amma ilk alıtılığa də düşə bilmədi. Beləcə komanda çempionatın təsnifat mərhələsini 7-ci pillədə bitirdi. Final mərhələsindəki hər iki oyundan öncə Mirça Rednikin istefa vermək niyyəti barədə Belçika mətbuatı çox yazırdı. Amma hər dəfə də “Gent” klubunun direktorlar şurası buna razılıq vermirdi. Nəhayət aprelin 9-da Mirça Rednik klub rəhbərliyindən öz ad gününə belə bir hədiyyə istədi: “Buraxın gedim”. Beləcə 2014-cü ilin, aprel ayının 9-da günün ikinci yarısında klub tərəfi ilə Rednik arasında qarşılıqlı anlaşma ilə yolların ayrılması barədə razılıq əldə olundu və məşqçini bu kluba bağlayan müqaviləyə xitam verildi.

Biz isə öz növbəmizdə Mirça Rednikin 52-ci doğum gününü təbrik edir, həyatında uğurlar həmçinin ona məşqçi karyerasında daha peşəkar klub rəhbərliyi ilə çalışmağı arzulayırıq. 

QEYD:  Aşağıdakı fotoda;  milli qəhrəman, şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunan minifutbol turnirinin finalından sonra qalib komanda ilə birgə tunirin təşkilatçıları və (ortada) Mirça Rednikdir.

rednik-2

23 thoughts on “52-yaşın mübarək Mirça Rednik !

  • 10 Aprel 2014 at 12:15
    Permalink

    Tabrik ediram. Xazara an cox xejir vermis mutaxasislar Radnik va Mircavadov olub. mahs bu masqcilarin vaxtinda hami Xazara hormat elajirdi tabii gozu goturmajanlarda var idi. Rednik demak butun isladiji klublarda ozu istefa verib . mahs Rednikin istajijla edilan transverlar hamisi ugurlu olub. Parks, Vobaj, Pit Skarlatake va s. narazi qaldigim maqam Rednikin Asif Mammadovu komandadan gondarmasi oldu.

    Reply
  • 09 Aprel 2014 at 23:57
    Permalink

    Tebrikler boyuk mesqci,gozel insan.

    Reply
  • 09 Aprel 2014 at 23:18
    Permalink

    Salam. Ele menim de bu gun ad gunumdu, 60 yasim tamam oldu. Demek olar ki, bizim xasiyyetlerimiz uyqundur. Men de M.Redniki ad gunu munasibetile tebrik edirem.
    ***
    Mən də sizi bütün sayt istifadəçiləri adından sizi təbrik edirəm.

    Reply
  • 09 Aprel 2014 at 23:15
    Permalink

    SALAM ADMIN MEN REDNIKI N SEKLINE BAXMAGLA TAMAMILE REDNIKLI XEZERIMIZE GAYITDIM VE BIR ANLIG O DOVORDEKI VIDIOLARA BAXDIM HAYIF REDNIKDEN GISA DA OLSA BIR KUPLET AD GUNU UCUN TERIF YAZDIM. AMMA TORBA EMELIYYATI REDNIKE GARSI YADIMA DUSENDE DOZE BILMEYIB BU MISRALARI
    .. DUZDUM.

    Sen gedenden sonra, qem burudu xezerimizi.
    Dikmisik geden yollara, qemli nezerimizi.
    Azerkes sevgisiyle, hey seni biz axtaririq,
    Xezere qayitmaga, tanriya da yalvaririq.

    Sen geden qelebelerin, saylarini bitirmisik.
    Azerkes saylarini, gunu gunden itirmisik.
    Meydanda ucua sesle danisani asdirirlar,
    Gor ne gune qalmisiq, azerkesi basdirirlar.

    Hesretinde qalmisiq, izdehamli qelebeye.
    O guclu komandamiz oxsayir bir telebeye.
    Senden sonra cox mesqci bextlerini sinadilar,
    Yekdillikle hamisi ^^ T^^ herfini qinadilar.

    BELE NE GEDER T HERFI KOMANDADA VAR BELE OLAR TORBALAR GET GEDE BOYUYER

    Reply
  • 09 Aprel 2014 at 22:46
    Permalink

    admin cox saol bu yaziya gore. Rednik menimcun sanki bir yuxu idi her defe xatirliyanda hem xow olur hemde pis oluram. birde ki , size bir iradim var( duzdu menimde aqlima cox gec geldi gerey biraz tez teklif edeydim) cox yaxwi olardi ki rednik severlerin adindan nese bir tebrik mektubu ya nese bawqa bi yolnan umumilikde tebrik edeydik ve siz gerey bunu tewkil edeydiz
    ***
    İradınızı qəbul edirəm. Son zamanlar səhhətimlə daha çox başım qarışdığından yəqin unutmuşam.

    Reply
  • 09 Aprel 2014 at 22:42
    Permalink

    salam,, Gent klubundan ayrilib, inwallah ki Xezere getiriler!

    Reply
  • 09 Aprel 2014 at 22:34
    Permalink

    O biri yazılardan birində mənim şərhimdən bir hissə:
    “Yadımdadır ki, Rednikin dövründə rəqib komandaların futbolçuları “Xəzər Lənkəran”ın futbolçularına şillə vurub, təpik atırdılar amma əvəzində cəzalanmırdılar, rəqib komandanın üzvləri futbolçularımızı öz cərimə meydançalarında göyə qaldırıb yerə çırpırdılar, ayaqlarına “podnoşka” atırdılar, maykasından dartıb yerə yıxırdılar, əllə oynayır, qapıya gedən topların qarşısını aşkarcasına əllə alırdılar lakin penal verilmirdi. Hakimlər sanki kor olmuşdular. Hətta elə olub ki, rəqib komandanın bir oyunçusu ardıcıl iki dəfə cərimə meydançasında əllə oynayır, bir oyunda bir neçə dəfə futbolçularımızı yerə yıxırdı yenə də hakim susurdu. Rednik gedəndən sonra isə hər şey dəyişdi, az qala hər 2-3 oyundan bir “Xəzər Lənkəran” penaltidən qol vururdu. Bircə toxunuşla “Xəzər Lənkəran”ın lehinə cərimə zərbələri təyin edilirdi. Mən bunları boşuna demirəm. Bunlar tarixi faktlardır. Tarix üçün saxlayıram, faktlar, videolar, fotolar, qəzetlərdən sitatlar, sifarişli məqalələr və s. Yeri gəlmişkən idman mediası Redniklə necə düşmən kəsilmişdi. Aşkar görünürdü ki, AFFA və PFL rəhbərlərinin Mirça Rednikə antipatiyası mövcuddur və bu da mediaya sirayət etmişdi. Bütün bunları mən və minlərlə həmfikirlərim uşaqlıqda – ağlımız kəsməyəndə deyil, bu yaxılarda görmüşük. Yadımdadır mənim özüm haqqında da söz çıxarmışdılar. Özü də bazar dükanda deyil, böyük ofislərdə deyirdilər ki, güya mən Rednikdən hər ay 100-manat pul alıram. Bu hələ harasıdır, deyirdilər ki, güya ona hörmətlə yanaşan minlərlə azarkeşlərə də Rednik aylıq maaş kəsib. Bu absurd fikirləri Rednikə zərbə vurmaq üçün deyirdilər.”

    Reply
  • 09 Aprel 2014 at 22:02
    Permalink

    Xezere bas mesqci kimi gelmesede Rednik hec olmasa idman direktotu teyin edilsin

    Reply
  • 09 Aprel 2014 at 21:23
    Permalink

    salam eziz Xezer sevenler ve ilk once eziz Rednikimizi doqum gunu munasibeti ile semimi qelbden tebrik edirem ona uzun omur can saqliqi arzulayiram.ALLAH onun yolunu hemiwe aciq elesin.AMIN AMIN AMIN.o hemiwe ve her an bizim qelbimizdedir.cox yawa MIRCA REDNIK.

    Reply
  • 09 Aprel 2014 at 21:05
    Permalink

    bizim yerli mesqcilerden yaxshi hansi Azerbaycanli meshqci gedib mubarzin xatresin kubok alanan sora yad edib men bilmirem bekem siz deyin mene ,………. Rednik yek ve tek meshqci olub xezercin inshalah yayda qaydar oz laiq olan yerine

    Reply
  • 09 Aprel 2014 at 20:56
    Permalink

    gozləyirik REDNİKİN yolunu!!!!

    Reply
  • 09 Aprel 2014 at 20:47
    Permalink

    MENIM UCUN DAHI BIR GOZEL INSAN HANSY KI XEZERIMIZ UCUN COX SEYLER EDE BILERDI VE MEN EMINEM KI GOZU GOTURMIYENLER TORBA EMELIYYATINA KECEREK ONU BURDAN GETMEYE MECBUR ETDILER. AMMA OZU BURDA OLMASADA HAMIMIZIN GELBINDE REDNIK MEHEBBETI VARDIR

    HEC UNUTMAG OLARMI
    RUMUNYALI MIRCANI
    GOZEL GELEBELERLE
    TITREDERDI MEYDANI

    TEBRIK EDEK MIRCANI
    KOMANDANIN ADINDAN
    LENKARAN AZEKESI
    CIXARTMAYIB YADINDAN

    TEBRIK EDEK MIRCANI

    Reply
  • 09 Aprel 2014 at 20:38
    Permalink

    yayda mustava denizli qalatasaraya rednik de xezere geler

    Reply
  • 09 Aprel 2014 at 20:36
    Permalink

    burda qeribe ne var ki admin bey xainliq gozu goturmemeklik bizim milletin qaninda varda

    Reply
  • 09 Aprel 2014 at 20:35
    Permalink

    Biçər gəldi, Rednik getdi, nə dəyişdi?
    Yunis itdi, Bakes bitdi, nə dəyişdi?
    Toşak bizi peşman etdi, nə dəyişdi?
    Onlar Rednik sevgisini bilə bilməz!
    Bu sevgini ürəklərdən silə bilməz!

    Reply
    • 09 Aprel 2014 at 20:57
      Permalink

      Əhsən!

      Sagol olsun Tuyğun məllim , ÖZÜ gətirdi sonra ÖZÜDƏ yola saldı.”Хорошего понемножку” -dedi.

      Reply
  • 09 Aprel 2014 at 20:33
    Permalink

    Allah ona can saglgi ve uzun omur versin o heyatda her xoshbextliye laiqdi cunki o dahi bir shexsiyedi Xezer lenkarancin inshalah 53 yashin Xezer severlere birlikde kecirer

    Reply
    • 10 Aprel 2014 at 13:38
      Permalink

      в
      daxi toshakdir, daxi danizlidir.rednik onlarin yaninda daxi sayila bilmaz.sadaca futbolun azarbaydcanda,xususanda lankaranda inkishafna mane olanlar war.

      Reply
  • 09 Aprel 2014 at 20:18
    Permalink

    Axsaminiz xeyir Admin bey Allah sizden hemiwe razi olsun bele bir insani yaddan cixartmamisiz MIRCA REDNIK heqiqeten unudulmaz mewqcidi mende oz adimdan sizi tebrik edirem MIRCA REDNIK

    Reply
  • 09 Aprel 2014 at 20:15
    Permalink

    Böyük bir millətin milli qəhrəmanının xatirəsinə həsr olumuş turnirin finalında iştirakla bağlı gələn dəvətə razılıq verib, oyunu izləmək və sonda qalib komanda ilə birgə foto çəkdirməkdən gözəl nə olar bilər” deyən Mirça Rednikə ölkəmizdə “Qaraçı” deyən də tapıldı, pulgir, oğru, alkaş,avara adlandıran da. Nə qədər də təəssüf doğurur. Bizə, millətimizə, xalqımıza, nəhayət şəhidimizə hörmət və sayğı göstərənə niyə biz bir millət olaraq dəyər verə bilmirik? Niyə belələrinə şər və böhtan ataraq özümüzü kiçildirik? NİYƏ?

    Reply
    • 10 Aprel 2014 at 20:00
      Permalink

      ona gora ki,biz dayar wermagi bacarmirig.

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir