Şərəflə gəldik, şərəflə getdik.

huseynPremyer Liqanın XXXVI turunda səfərdə “Rəvan”la 2:2 hesablı heç-heçə edən “Xəzər Lənkəran” mövsümü sonuncu pillədə başa vurdu.

Baxmayaraq ki, Lənkəran təmsilçisi  oyunun son 8 dəqiqəsinə 2:1 hesabıyla öndə girmişdi. “Ağ-yaşıllar” qalib gəlsəydilər, Premyer Liqada yerini qoruyub saxlayacaqdı. Ancaq matçın baş hakimi Ramil Diniyev 82-ci dəqiqədə “Xəzər Lənkəran”ın qapısına penalti təyin etdi. Həmin epizodun təkrarında isə qayda pozuntusunun olmadığı aşkar göründü. Bu penaltidən yararlanan “Rəvan” Premyer Liqada yerini qoruyub saxladı. Lənkəranlılar isə çempionatı son pillədə başa vurdular.

“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu həmin oyundakı penalti qərarıyla yanaşı, son vaxtlar komandaya qarşı olan haqsızlıqlar barədə fikirlərini komanda.az saytına bildirib.

– Ümumiyyətlə, bizə qarşı qərəz ötən turdan başlamışdı. “Rəvan”la matça çıxan Azərbaycan çempionunun (“Qarabağ” – red.) həmin oyun və bu gün meydana çıxan heyətinə baxanda dediyim ifadənin bariz təsdiqini görəcəksiz. Bu matçda da Ramil Diniyev hər şeyi üzərinə götürdü. Artıq Rusiya saytları da penalti epizodunu paylaşıb. Hər şey ortadadı. Bundan sonra nə olacaq, bilmirəm. Amma bu ölkədə futbol qurumlarının sözü ilə oturub durmayan yeganə, təkrar edirəm, yeganə klub çempionatı tərk etdi. Şərəflə gəldik, şərəflə getdik.

– Hüseyn bəy, hakimin qərarıyla bağlı şikayət edəcəksiz?

– Kimə? Bizə plan quranlara?

– Hər halda, oyunun yenidən keçirilməsi məsələsini qaldırmaq olar…

– Onlar çempionatı tərsinə çevirər, buna getməz.

– “Xəzər Lənkəran”a futbolçulara borcu olduğuna görə lisenziya verilmədi. Ancaq keçən ilin yayında bəzi klubların sabiq futbolçularına borcları olsa da, çempionata buraxıldılar. Sizcə, bu da komandaya qarşı qərəzdən irəli gəlmir ki?

– Belə görünür. Çünki lisenziya Avropada oynamaq üçün yox, ölkə çempionatında oynamaq üçün verilmədi. Sözsüz, bunu edə bilərdilər.

– Hüseyn bəy, “Qarabağ” keçən turda əsas oyunçularının bir neçəsinə istirahət verərək “Rəvan”a uduzdu. Bu gün isə AZAL-a qarşı əsas heyətlə çıxış etdi. Bu barədə nə deyə bilərsiz?

– Bu, Diniyevin hərəkətindən on dəfə pis hərəkətdi.

– Sizcə, “Qarabağ” da “Xəzər Lənkəran”a qarşı planın bir parçası olub?

– Buna ictimaiyyət qərar versin.

– Komandanın gələcək taleyiylə bağlı rəhbərliklə söhbət olub?

– Hələlik yox.

5 thoughts on “Şərəflə gəldik, şərəflə getdik.

  • 03 Avqust 2016 at 20:37
    Permalink

    SALAM MUELLİM NECESİZ?WHATSAP NOMRENİ GONDERE BİLERSİZ MENE?NOMRELER HAMİSİ SİLİNİB
    ***
    Salam Siyavuş bəy. WHATSAPP o vaxtdan bağlı idi, bu gün açılıb. 0556194463

    Reply
  • 01 Avqust 2016 at 01:12
    Permalink

    salam,admin necesiz? bu sayit.Xezer Lenkaran yashmaya yeniden davam eliyene qeder ishliyecey? yani bu sayit.Xezerin yeniden yashamasini qozluyecek?
    ***
    Salam ay Dadaş. Sayt işləyəcək İnşaAllah.

    Reply
  • 02 İyun 2016 at 22:04
    Permalink

    Şərəflə gəldiniz lakin sürünə-sürünə tərk etdiniz Azərbaycan futbolunu, klubun qohum-əqrabadan qurulmuş səriştəsiz heyyəti ilə bundan artığına nail olmaq mümkün deyildi, itirən isə ən möhtəşəm Lənkəran azərkeşləri oldu..

    Reply
  • 23 May 2016 at 21:11
    Permalink

    KİMLERSE DOGRUDUR!
    NE YAZIG Kİ, REHBERLİYE SİZ DEDİYİNİZ QİSMET OLMADI.

    Reply
  • 22 May 2016 at 12:46
    Permalink

    3 il dizin-dizin sürünmək şərəf deyil Hüseyn bəy!

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir