“Haydı irəli, Lənkəranın Xəzəri !”

Premyer Liqanın XXII turunda “Xəzər Lənkəran” səfərdə “Sumqayıt” klubu ilə üz-üzə gələcək. Oyun mart ayının 3-də Sumqayıt şəhərində keçiriləcək. “Xəzər Lənkəran” 2004-cü ildən bəri 3-mart tarixində bir dəfə oyun keçirib. Bu, 2011-ci il martın 3-də ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda “Neftçi” klubu ilə səfər qarşılaşması olub. “Papaq əhvalatı” adı ilə futbolumuzun tarixinə düşən həmin matçda “Xəzər Lənkəran” 4:3-hesabı ilə səfərdə “əzəli rəqib”ini məğlub etmişdi. Həmin oyunda rəqib komandanın futbolçusu Flaviyonun qapıçımız Kamran Ağayevə qarşı qapıçı meydançasının daxilində etdiyi kobudluğuna göz yuman və qapımıza gülməli penalti təyin edən baş hakim Anar Salmanov,  “Xəzər Lənkəran”ın o vaxtkı baş məşqçisi Mirça Redniki də öz papağını yerə çırpdığına görə  qırmızı vərəqə ilə cəzalandırmışdı. Qarşılaşmadan sonra isə AFFA prezidenti Rednikin ciddi cəzalandırılması üçün PFL-ə tapşırıq verdiyini də bildirmişdi (?!). Hərçənd cəzaları AFFA intizam komitəsinin çəkməli olduğunu hamı bilsə də ali futbol qurumu rəhbərinin boş yerə belə demədiyi sonradan anlaşıldı (Bu barədə aşağıda). Bir neçə gün sonra intizam komitəsinin qərarı ilə Rednik 5000-manat pul cəriməsi və 5-oyunluq cəza ilə üzləşdi. Buna qədər isə Rumın məşqçi qalmaqallı oyundan dərhal sonra sinirlərini gizlədə biləməyərək mətbuata açıqlama verərək belə demişdi:

“Səfərdə “Neftçi” komandasına 4:3 hesabı ilə qalib gəlmək xoşdur. Ancaq mən Bakıya gələndə həmişə təpki ilə üzləşirəm. Rəqibin futbolçusu Flavinyo hakimin gözləri qarşısında milli komandanın qapıçısı Kamran Ağayevi dirsəyi ilə vurur, amma Salmanov susur. O, qərəzli idarəçilik etdi. Məni meydandan qovmasını isə başa düşmədim. Mən, sadəcə papağımı yerə vurdum. Bura işləməyə gəlmişəm, fikrim Azərbaycan futboluna xeyir verməkdir. Ancaq həmişə belə problemlərlə üzləşirəm”

Mirça Rednik harada olduğunu deyəsən bilmirdi. Beləki, qarşıdakı oyunlarda “ “Neftçi” ilə nənəm də oynayar” ifadəsi Rumın məşqçinin başına daha çox bəla açdı. 2011-ci il 6-noyabr tarixində baş məşqçisi olduğu komanda səfərdə bilərəkdən “Neftçi”yə böyük hesabla məğlub olaraq onun Azərbaycandan qovulması üçün yaşıl işıq yandırdı.

Bu oyuna  qədər isə AFFA rəhbərinin hələ mart ayında PFL-in rolu haqqında dediklərini azarkeşlər daha yaxşı hiss etmişdilər. Beləki PFL prezidentinin təçkilatçılığı ilə əməlli başlı oyunlar qurulmuşdu. Əvvəlcə PFL prezidenti ilə yaxşı münasibətdə olan mətbuat nümayəndələri işə başladılar. Ramin Musayevdən hərdən bir ”xərclik” alan jurnalistlər iyrənc yazıları ilə sonrakı hücumlar üçün zəmin yaratdılar. İlk olaraq veteran futbolçu Kazbek Tuayev müsahibəsində “Xəzər Lənkəranı” “Qaraçı alayı” adlandıraraq “hücum”a keçdi. Ardyca isə hazırda “Xəzər Lənkəran” kubunda seleksiyaçı məşqçi kimi çalşan Zaur Ramazanov bir neçə dəfə mətbuatda görünərək Mirça Redniki “cinah hücumları” ilə zəiflətməyə başladı. Daha sonra yay aylarında UEFA turnirində “Makkabi” ilə Lənkərannda keçirilən cavab oyunundan sonra PFL prezidenti artıq açıq aşkar klubun işlərinə müdaxilə etdiyini biruzə verərək “Bu məşqçini qovun, bu “Qaraçı”dır” deməklə öz mövqeyini və gücünü ortaya qoydu. Maraqlısı odur ki, PFL prezidenti Ramin Musayevin dedikləri ilə, veteran futbolçu Kazbek Tuayevin müsahibəsi və hazırda “Xəzər Lənkəran”da çalışan Zaur Ramazanovun fikirlərindəki yaxınlığı görməmək mümkün deyildi.

Martın 3-də “Neftçi”ni səfərdə məğlub edilməsi ilə başlayan hadisələr dekabrın 4-də kulminasiya nöqtəsinə çatdı. Yalnız istefa verəndən sonra Rumın mütəxəssis “Neftçi”ni səfərdə məğlub etməyin düzgün omadığını anlamışdı, Azərbayan futbolunun reallığını anlaması çox gec olsa da…

Bütün bunlarla yanaşı bu dəfə martın 3-də “Xəzər Lənkəran” səfərdə istədiyi hesabla qalib gələ bilər. Axı “Sumqayıt” klubunu yuxarılara “Neftçi” klubu kimi qohumluq əlaqələri bağlamır. Həm də futbol qurumalrına qarşı Mirça Rednik kimi sərt mesajlar göndərə biləcək baş məşqçimiz də yoxdur. Belə olduğu halda martın 3-də səfərdə “Sumqayıt” klubu üzərində qələbə qazanması naminə komandamızı irəli səsləmək  üçün “Əşşi, işində ol” və ya “kef elə” kimi şüarlar da səsləndirmək olardı. Lakin biz ənənəni pozmayaraq sadəcə “Haydı irəli, Lənkəranın Xəzəri !” deyirik.

3 thoughts on ““Haydı irəli, Lənkəranın Xəzəri !”

  • 29 Fevral 2012 at 10:58
    Permalink

    Arzu ediremki bu suari hemise seslendiresiz.Haydi ireli Lenkaranin Xezeri!

    Reply
  • 28 Fevral 2012 at 22:59
    Permalink

    Bu yazini oxuyandan sonra Rednikli günlər yada düşür. Əhval -ruhiyyə pozulur və Azərbaycan futboluna nifrət edirsən! Elə bir insan çıxaydı ki, bütün bunları dəyişə biləydi. Elnur Eşrəfoğlu , Mirhüsyin Seyidova verilmiş cəza haqqında danışanda, futbolçunun hərəkətinə elə don geyindirib ki, Vallah bu insanin ağlının yerində olmasina şübhə edirsən. Artıq söz də yaza bilmirsın tıxanib böğazımda sayta görəş Görün nə deyir -Qolun sevincindən rəqib futbolçunu söyüb ona cəza düşmür -Dağıl ey Dünya belə tupoy – futbol aləmində görmüsünüzmü?  

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir