Əvəzedicilərin biabırçı sonluğu

evez-1Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

“Xəzər Lənkəran”lı gənclər çempionatın sonuncu, XXXVI turu çərçivəsində may ayının 19-da “Rəvan”in əvəzedici heyətinin qonağı olub. “Bayıl Arena” stadionunda saat 13:00-da start götürən qarşılaşmanı bu heyətdə olan hakimlər briqadası idarə edib: Namiq Bəkirov, Ruslan Nəsibov, Ruslan Quliyev və Sərxan İsmayılov.

Təəssüf ki, komandamız çempionatın yekun turunda meydanı böyükhesablı və biabırçı məğlubiyyətlə tərk edib. 

Rəvan – “Xəzər Lənkəran” 9:4

Beləliklə də 36-oyuna cəmi 23-xal toplayan “Xəzər Lənkəran”ın əvəzedici heyəti çempionatı sonuncu pillədə biabırçı vəziyyətdə başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir