Əliyar Ağayevin cəsarətsizliyi

hakim Azərbaycan kubokunun finalına Əliyar Ağayevin təyinat alması bəlkə də çoxlarını sevindirdi. Əslində 120 dəqiqə gənc FİFA referisi oyunda demək olar ki, səhvlə yadda qalmadı. Amma penaltilər seriyasında Ağayev cəsarətsiz davrandı. Saşa Stamenkoviçin penaltilər seriyasında etdiyi hərəkətlər futbolçuya xas olmayan hərəkətlər idi.

 Üstəlik penaltilər zamanı qapıçı xətdən irəli gəlib hərəkət edə bilməzdi. Lakin vurulan bütün penaltilərdə Stamenkoviç irəli çıxaraq, hərəkətlər edirdi. Yəni təkrar vurulmalı penaltilərdə səhvlərə yol verən Ağayev Azərbaycan hakimlərinin qorxaq olduğunu bir daha sübut etdi.

 Hakimlər Komitəsində heç bir fəaliyyəti olmayan Xaqani Məmmədovun yetişdirdiyi və Avropaya verdiyi gənc hakim Əliyar Ağayev də sübut etdi ki, o, təmsil etdiyi qurum kimi ölkədən kənara çıxa bilməz. Hakimbaşının Əliyarı FİFA-nın gənc hakimi adlandırmasından sonra təəccbülənmişdim və faktlar gətirib bunun yalan olduğunu ona sübut etmişdim. Dünənki oyundan sonra isə bir daha Əliyarın Avropada heç bir şey edə bilməyəcəyinin şahidi oldum.

 Bu gün “Neftçi”nin qapıçısını cəzalandıra bilməyən Ağayev, görəsən, Peter Çexi, İker Kasilyası, Viktor Valdesi görəndə nə edəcək? Sadəcə ayağı əsəcək.

 Penaltilər seriyası başlamazdan öncə daha bir şey diqqətimi çəkdi. Penaltilərə hansı qapıda və kimin başlayacağının püşkatmasını Əliyar Ağayev deyil, Fariz Yusifov keçirdi. Yəqin ki, hələ penaltilərin nə olduğunu bilməyən Əliyarın bu oyuna təyinatı əvvəlcədən alqışlansa da, oyundan sonra bu təyinatın heç də yaxşı hal olmadığını gördük.

 P.S: Xaqani Məmmədov, sən Azərbaycan futbolu üçün nə etmisən ki, “yetişdirdiyin” hakimlər də nəsə edə?

 Elsevər MƏMMƏDOV

MƏNBƏ: Sportal.az 

8 thoughts on “Əliyar Ağayevin cəsarətsizliyi

  • 29 May 2013 at 20:39
    Permalink

    Stamenkoviç çox mundar adamdı ayıb olsun ona.Heç utanmır.

    Reply
  • 29 May 2013 at 20:38
    Permalink

    Stamenkoviç çox mundar adamdı ayıb olsun ona.Heç utanmır.

    Reply
  • 29 May 2013 at 16:27
    Permalink

    Bugazim acilmir hemin oyundan soraa .. Penaltiler oldu puwk atmaya gore o qapida oldu ya hakimler pramoy verdiler?
    ***
    Nə püşkatma. Sadəcə yuxarıdan belə məsləhət gəlmişdi vəssalam.

    Reply
  • 29 May 2013 at 15:39
    Permalink

    Hörmətli azarkeşlər,qafqazinfo.az saytında neftçi azarkeşləri bizlər haqqında xoşagəlməyən ifadələr işlədirlər.
    ***
    Onlar bu yolla məsələnin mahiyyətini kölgə altına salmağa çalışırlar. Əgər biz onlarla dialoqa başlasaq mahiyyət qalacaq kənarda. Bunu başa düşün, xahiş edirəm. Onla min bir yolla çalışacaqla ki, bizi yayındırsınlar.

    Reply
    • 29 May 2013 at 15:51
      Permalink

      kishi sozu uze deyer aaaa baqishlayin olar kishi dor axi

      Reply
  • 29 May 2013 at 15:00
    Permalink

    Əliyar Hakim olsaydı Stamenkoviç belə hərəkət edib bu boyda insidentin əsasını qoymazdı. Amma olanlara Azərbaycan futbolunda baş verən növbəti oğraşlıqdan başqa bir ad vermək olmur. AFFA PFL rəsmilərinin gözünü qabağında onların himayə etdiyi klubun rəsmiləri qoçuluq edirsə buna başqa nə ad vermək olar? Bu da Respublika Prezidentinin inkişafına xüsusi diqqər yetirdiyi sahədə məmur özbaşınalığı

    Reply
  • 29 May 2013 at 14:39
    Permalink

    Hörmətli Admin!
    Bu dəqiqə hamı Güloğlan Cabbarovun qanun qarşısında cavab verməsi üçün bir şeylər edir, lütvən Siz də səssiz qalmayın. Çünki Sizin saytdan məqalələr digər saytlara gedir və onlara diqqət daha böyük olur. Heç kim susmamalıdır. O qanun qarşısında cavab verməlidir. Bundan utanmaq da lazım deyil, çünki belələri ilə yalnız qanun dili ilə danışmaq lazımdır. Respublikamızın qanunları var və o hamıya şamil edilir.
    ***
    Diqqət yetirsəniz görərsiniz ki, ilk olaraq məhz bizim saytda cinayət məcəlləsindən bəzi amddələr təqdim olunub. Bu isə o deməkdir ki, biz bu yöndə xüsusi çalışmalara başlamışıq. Buyrun bizim yazını izləyin. http://az.12cioyuncu.info/qanun-da-g%C9%99ncl%C9%99rimizi-qoruya-bilmir-video/#.UaXQwtKneA8

    Reply
  • 29 May 2013 at 14:35
    Permalink

    ADMIN SIZ MANIM YAZILARIMI NIYA VERMIRSIZ? BIRDA KI X-LENKERANDAN NA XABARLAR VAR KIM GALAR KIM GEDAR XAZAR INDI HARADADIR?
    ***
    Sizin hər hansı şərhinizi silməmişəm. Bura hansı şərh gəlirsə bir bir izləndikdən sonra sayta ötürülür. Qeyd edim ki, hazırda başımız o qədər qarışıb ki, heç komanda haqqında məlumat əldə edə də bilmirik.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir